"Finans İnvest" BOKT-un zərəri 40% artıb | Banco.az

"Finans İnvest" BOKT-un zərəri 40% artıb

"Finans İnvest" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 112 min manat zərərlə başa vurub.

BOKT-un maliyyə hesabatına görə, bu, 2017-ci ilə nisbətən 40% çoxdur.  

Ötən il "Finans İnvest"in gəlirləri 97 min manat, o cümlədən faiz gəlirləri 83 min manat, qeyri-faiz gəlirləri 14 min manat, xərcləri isə 210 min manat, o cümlədən faiz xərcləri 2 min manat, qeyri-faiz xərcləri 208 min manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bu il yanvarın 1-nə "Finans İnvest"in aktivləri 1,892 milyon manat olub ki, bu da illik müqayisədə 11,6% çoxdur. Bunun 1,497 manat müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 9% böyüyüb.

Hesabat dövründə "Finans İnvest"in öhdəlikləri 17,9% artaraq 1,601 milyon manata çatıb, balans kapitalı isə 14,2% azalaraq 290 min manata düşüb.

Renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et