Filmlərdə rastlaşdığımız ən yaxşı reklam yerləşdirmə nümunələri | Banco.az

Filmlərdə rastlaşdığımız ən yaxşı reklam yerləşdirmə nümunələri

Tamara Mustafayeva, Banco.az

Adətən hər hansı bir filmə tamaşa edərkən ilk baxışda diqqət çəkməyən bəzi nüanslarla qarşılaşırıq. Xüsusən də, tanınmış markaların adı və ya loqosu ekranın müəyyən hissəsində görünərsə diqqətdən kənar qalmağı çox da mümkün olmur. Bugünkü məqalədə isə bu vaxta qədər çəkilmiş filmlərdə ən uğurlu reklam yerləşdirmə nümunələrindən bəzilərini təqdim edəcəyik.

1. Teenage Mutant Ninja Turtles / Pizza Hut

Filmin bir səhnəsində Nidza Tısbağalarını müəllimləri Splinter özlərinə xas üsullarla harada olduqlarına dair sorğu-sual edərkən onları ən sevimli yeməkləri olan pizza ilə imtahana çəkir. Səhnədə filmin sponsoru olan “Pizza Hut”ın reklamı olduqca uğurlu alınıb.

2. Matrix / Nokia

Filmdə “Nokia” markasının 7110 modeli Kianu Rivzin canlandırdığı Neo obrazının Matriksin rəqəmsal dünyasına daxil olduğu xüsusi portal kimi istifadə edilir. Film populyarlaşdıqdan sonra sözügedən telefon modelinin də satışları artmışdı.

3. Ford V Ferrari / Chevrolet, Goodyear, Dunlop, Ray-Ban, Entourage, Bell helmets,  AC Cars, Ferrari, Shelbu American, Ford

Film özlüyündə tanınmış avtomobil markaları olan “Ford” və “Ferrari”nin rəqabətindən bəhs edərkən, bir yandan da bu markaları reklam etməklə yanaşı tamaşaçılar ekranda digər bir çox məşhur firmaların məhsullarını da görə bilərlər. Məsələn yarış əsnasında dəyişdirilən avtomobil təkərlərinin “Goodyear” firmasına məxsus olması diqqətdən yanınmır.

Ən sərfəli kredit üçün müraciət et

4. The Road / Coca-Cola

Film dünyanı öz təsiri altına alan iqlim dəyişikliyindən və bu səbəbdən insanların həyatında baş verən hadisələrdən bəhs edir. Qəhrəmanlardan biri isə öz oğlu ilə birlikdə yaxşı insanların yaşadığı cənub sahilinə çatmağa çalışır. Filmin açılış səhnəsində baş obraz susuzluğunu yatırmaq üçün yerdə tapdığı “Coca-Cola”dan içir.

5. Forrest Gump / Dr. Pepper

Dünyaca məşhur bu filmdən bir səhnədə Tom Henksin canlandırdığı Forrest obrazı o dövrdə Amerikanın prezidenti olan Con F. Kennedi tərəfindən Ağ Evə dəvət edilərək burada “All-American Football Player” tituluna layiq görülür. Bu münasibətlə təşkil edilən mərasimdə isə Forrestin 15 ədəd Dr.Pepper markalı içki içdiyi ehtimal edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et