Filialın direktoru aparılan yoxlamalara münasibət bildirib | Banco.az

Filialın direktoru aparılan yoxlamalara münasibət bildirib

"Mənim hüquq-mühafizə orqanları tərəfindən həbs olunmağımla bağlı xəbərlər həqiqəti əks etdirmir".

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, bunu "Azərbaycan Beynəlxalq Bankı-Moskva"nın Sankt-Peterburqdakı filialının direktoru Yaşar Səfərov deyib.

Y. Səfərovun sözlərinə görə, bu gün Rusiya hüquq-mühafizə orqanları tərəfindən aparılan axtarış bankın fəaliyyəti ilə bağlı olmayıb: "ABB-Moskva"nın Sankt-Peterburq şəhərindəki filialı hazırda fəaliyyət göstərir. Bankın rəhbərliyi də yerindədir, bütün əməkdaşlar da gündəlik iş rejimi ilə fəaliyyətlərini davam etdirirlər. Yəni, bankın rəhbərliyi, əməkdaşları ilə bağlı heç bir problem yoxdur. Bu gün bir müştəri ilə bağlı hüquq-mühafizə orqanları əməliyyat keçirib. Onu da yazıblar bankın üzərinə. Təbii ki, əməliyyat bankda keçirilib. Amma əməliyyat bir müştəri ilə bağlı olub. Bunun banka və əməkdaşlarına, rəhbərliyinə heç bir aidiyyatı yoxdur. Bizə də açıqlama vermədilər. Bilirsiniz ki, hüquq-mühafizə orqanları məlumat vermirlər. Müştərinin sənədlərini tələb elədilər, götürüb getdilər. Özüm hazırda bankdayam”.

Ən sərfəli kredit üçün müraciət et

O əlavə edib ki, həmin müştərinin Azərbaycanla heç bir əlaqəsi yoxdur: “Hüquq-mühafizə orqanları bankın müştərisi olan, Rusiya qeydiyyatında olan hüquqi şəxslə bağlı sənədləri tələb edib”.

Y. Səfərov qeyd edib ki, hüquq-mühafizə orqanları müştəri ilə bağlı sənədləri tələb edəndə bank pulköçürmə ilə bağlı bir saatlıq texniki fasilə götürüb. Onun sözlərinə görə, hazırda bank fasiləsiz iş rejimində fəaliyyətini davam etdirib. 

Ən sərfəli krediti almaq üçün müraciət et