FIFA Dünya Kuboku Qətər 2022™ toplam istehlakçı məsrəflərinə görə artıq son iki FIFA Dünya Kubokunu™ üstələyir | Banco.az

FIFA Dünya Kuboku Qətər 2022™ toplam istehlakçı məsrəflərinə görə artıq son iki FIFA Dünya Kubokunu™ üstələyir

FIFA Dünya Kuboku Qətər 2022™ toplam istehlakçı məsrəflərinə görə artıq son iki FIFA Dünya Kubokunu™ üstələyir

  • FIFA Dünya Kuboku Qətər 2022™-in sonuna hələ iki həftə qalınca istehlakçı məsrəfləri əvvəlki dünya çempionatlarında olan xərcləri artıq üstələyir.
  • FIFA Dünya Kuboku™-nun rəsmi məkanlarında edilmiş alış-verişin az qala 90%-i təmassız qaydada ödənilib
  • Çempionatda ən böyük məsrəflər çəkən aparıcı ödəmə bazarları ABŞ, Meksika və Səudiyyə Ərəbistanı Krallığıdır.

DOHA, QƏTƏR – 9 dekabr 2022 – Bu gün FIFA-nın rəsmi ödəmə texnologiyaları tərəfdaşı olan Visa korporasiyası FIFA Dünya Kuboku™-nun başlanğıcından qrup mərhələsinin 2 dekabrda bitməsinədək turnirin bütün rəsmi məkanlarında Visa kartları ilə edilmiş xərclərin statistikasını dərc edib.

Bu məlumata əsasən, FIFA Dünya Kuboku Qətər 2022™-də artıq edilmiş  istehlakçı məsrəfləri (dəyərlə) FIFA Dünya Kuboku 2018™ zamanı edilmiş toplam xərcləri az qala (89%) və FIFA Dünya Kuboku 2014™ zamanı edilmiş toplam məsrəfləri aşkar şəkildə (192%) üstələyir. Statistik məlumat həmçinin onu göstərir ki, ödənişlərin 88%- təmassız edilib, bu da futbol azarkeşlərinin rəqəmsal ödəmə üsullarına şəksiz üstünlük verməsindən xəbər edir. 

“Yerlərdə futbol fanatları təmassız və nağdsız ödəmələrə üstünlük verirlər və beləliklə sübut edirlər ki, rəqəmsal ödəmələr alış-veriş etməyin və ödənişləri qəbul etməyin tərcih edilən üsuludur, – deyərək Dr. Səidə Cəfər, Visa-nın baş vitse-prezidenti və Körfəz Əməkdaşlıq Şurası ölkələri üzrə qrup ölkə meneceri qeyd etdi. – Əvvəlki turnirlərlə müqayisədə, biz FIFA Dünya Kuboku Qətər 2022™-in rəsmi məkanlarında daha çox ödəmə terminalı quraşdırmışıq. Bundan əlavə, biz bir sıra ödəmə innovasiyalarını sınaqdan keçirib ödəmələri daha rahat edirik ki, azarkeşlər narahatlıqları unudub oyunun gözəlliyindən həzz ala bilsinlər.”

FIFA Dünya Kuboku Qətər 2022™ qrup mərhələsində edilmiş rəsmi xərc göstəriciləri:

Çempionatın 20 noyabrda start verdiyindən qrup mərhələsinin 2 dekabrda keçirilmiş sonuncu oyununadək FIFA Dünya Kuboku Qətər 2022™-in rəsmi məkanlarında edilmiş bütün istehlakçı xərclərin 70%-i Qətərdən kənarda buraxılmış kartlarla edildi. Bunların arasında ABŞ (18%), sonra isə Meksika (9%) və Səudiyyə Ərəbistanı (8%) öndədir.

Stadionlarda xərclər:

  • Stadionlarda əməliyyatların orta məbləği bütün qrup mərhələsi oyunları üzrə 23 ABŞ dolları təşkil edib. Ən populyar xərc kateqoriyaları (həcmlə): fanat atributikası (47%), qida və içkilər (36%) və FIFA tədbirlərinə biletlərin alınması (11%).
  • Təmassız ödənişlərin ən iri payı (91%) “Əl-Cənub” stadionunda qeydə alınıb. Bu sarıdan ən məhsuldar oyun Polşa — Səudiyyə Ərəbistanı matçı olub (96%).
  • “Lusail” stadionu qrup mərhələsində edilmiş ödəmə əməliyyatlarının sayına görə öndədir. Həcmlə bu əməliyyatların 22%-i Qətərdə buraxılmış Visa kartları, 78%-i isə digər ölkələrdə buraxılmış Visa kartları ilə edilib.
  • “974 stadionu”nda ən yüksək orta əməliyyat məbləği qeydə alınıb (25 ABŞ dolları): “qida və içkilər” kateqoriyasında orta əməliyyat məbləği 15 dollar, “fanat atributikası” kateqoriyasında isə 80 dollar təşkil edib.   

Oyunlar üzrə xərclər:

  • Stadionda ən çox ödəmə əməliyyatları həcmini gətirmiş oyun 30 noyabrda keçirilmiş Səudiyyə Ərəbistanı — Meksika matçı oldu. Onun ardınca 26 noyabrda keçirilmiş Argentina — Meksika oyunu gəlir. Bu oyun zamanı Meksikalı kart sahibləri Argentinalı kart sahiblərindən az qala dörd dəfə çox vəsait xərclədilər (müvafiq olaraq, 29% və 8%).
  • Əməliyyatların orta məbləğinə görə 29 noyabrda keçirilmiş ABŞ — İran matçı liderdir (29 ABŞ dolları). Bu oyun zamanı orta əməliyyat məbləği “qida və içkilər” kateqoriyasında 14 dollar, “fanat atributikası” kateqoriyasında isə 89 dollar təşkil edib.
  • Ən çox xərc çəkilən 5 oyun:
    • Səudiyyə Ərəbistanı — Meksika (40-cı oyun, 30 noyabr): toplam məsrəflərin 5,1%-i
    • Argentina — Meksika (24-cü oyun, 26 noyabr): toplam məsrəflərin 4,7%-i
    • Kamerun — Braziliya (48-ci oyun, 2 dekabr): toplam məsrəflərin 3,7%-i
    • Portuqaliya — Uruqvay (32-ci oyun, 28 noyabr): toplam məsrəflərin 3,6%-i
    • Qətər — Ekvador (1-ci oyun, 20 noyabr): toplam məsrəflərin 3,6%-i

FIFA-nın (Futbol Assosiasiyalarının Beynəlxalq Federasiyasının) eksklyuziv ödəmə texnologiyaları tərəfdaşı olan Visa rəsmi FIFA məkanlarında 5300 təmassız ödəmə terminalı quraşdıraraq azarkeşlərə kredit, debit və ya öncədən ödənilmiş hədiyyə kartları ilə ödəniş etmək imkanı qazandırıb.

Visa korporasiyası haqqında məlumat

Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın genişləndirilməsi dünyada hamının güzəranını yaxşılaşdırır və gələcəkdə pulların qlobal hərəkətinin əsasını təşkil edəcək. Daha ətraflı məlumatla Visa.com.az saytında tanış ola bilərsiniz visa.com.az.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et