"Fiat" və "Peugeot" birləşdi | Banco.az

"Fiat" və "Peugeot" birləşdi

Tamara Mustafayeva, Banco.az

Fransanın tanınmış avtomobil brendi "Peugeot"nun istehsalçısı "PSA Group" ilə İtaliyanın məşhur avtomobil brendi "Fiat"ın istehsalçısı "Fiat Chrysler Automobiles NV" şirkətinin birləşməsi rəsmi olaraq başa çatıb. 

Banco.az xarici mətbuata istinadla bildirir ki, hər iki şirkətin müştərək açıqlamasına görə, yeni şirkətin rəsmiləşdirilməsi üzrə müqavilə 16 yanvar tarixindən etibarən qüvvəyə minib.

Bununla da "Stellantis" adı ilə yaranan yeni şirkətin səhmləri bu gündən etibarən Parisin "Euronext" və Milanın "Mercato Telematico Azionario" birjalarında, sabahdan etibarən isə Nyu York birjasında "STLA" kodu ilə satışa çıxarılacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Proqnozlara əsasən qeyd edilir ki, "Stellantis" il ərzində 8.7 milyon avtomobil istehsalı və təqribən 170 milyon avroluq gəlirlə dünyanın dördüncü ən böyük avtomobil istehsalçısı olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et