Feysbuk 5 milyard dəfə yüklənib - ANDROİDDƏ İLK | Banco.az

Feysbuk 5 milyard dəfə yüklənib - ANDROİDDƏ İLK

Feysbuk əlavəsi, Google Play-də 5 milyard yüklənmə səviyyəsinə çatan, Google məhsullarından kənar ilk əlavə olub. Microsoft proqramları ilə olduğu kimi, Feysbuk qutudan bir çox smartfonda quraşdırılır —belə bir nəhəng göstərici də elə burdan yaranır. Lakin Feysbuk mobil əlavəsi Excel-dən fərqli olaraq, istifadəçilər arasında həqiqətən də olduqca populyardır, ona görə də belə bir nəticəyə tam layiqdir.

Ən sərfəli kredit üçün müraciət et

Feysbuk əlavəsinin 1 milyard yüklənmə tarixindən beş il ötüb. Ehtimal olunur ki, 5 milyard yüklənmə səviyyəsinə çatacaq növbəti kənar əlavə Feysbuka məxsus hansısa digər PT (proqram təminatı) olacaq.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et