Fevralda keçirilən 9 hərracda bankların tələbi 870,6 mln. dollar təşkil edib | Banco.az

Fevralda keçirilən 9 hərracda bankların tələbi 870,6 mln. dollar təşkil edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 80 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, əvvəlki hərracla (27 fevral) müqayisədə 25,1 milyon dollar və ya 23,9% azdır.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, fevralın əvvəlindən bəri keçirilən 9 hərracda bankların dollar tələbi 870,6 milyon ABŞ dollar təşkil edib. 

Tarix (fevral ayı üzrə)

Tələb

29 fevral

80 milyon dollar

27 fevral

105,1 milyon dollar

22 fevral

108,1 milyon dollar

20 fevral

102,6 milyon dollar

15 fevral

103,9 milyon dollar

13 fevral

151,1 milyon dollar

8 fevral

61,4 milyon dollar

6 fevral

79,7 milyon dollar

1 fevral

78,7 milyon dollar

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et