Fevralda ən çox yüksələn kriptovalyuta - Litecoin | Banco.az

Fevralda ən çox yüksələn kriptovalyuta - Litecoin

Kriptovalyuta bazarları 2017-ci ilin sonunda mühüm bir yüksəliş dövrü keçirdi. 6 min dollardan 20 min dollara qədər inamla irəliləyən Bitcoin arxasınca altcoinləri də apardı.

2018-ci ildə isə kəskin enişlərlə əlaqədar kriptovalyutalar böyük zərbə aldı. Yanvarda xüsusilə pis günlərini yaşayan kriptovalyutalar fevralda dirçəlməyə başladılar.

Fevralda kriptovalyutaların əksəriyyəti əvvəlki ayla müqayisədə daha yaxşı nəticə göstərsə də, bütün diqqətləri özünə yönəldən Litecoin oldu. Litecoin 11 milyard dollardan artıq bazar dəyəri ilə ən böyük 5 kriptovalyuta arasındadır. Fevralda 21% yüksəliş əldə edib.

Siyahının 2-ci və 3-cü pillələrində qərarlaşan Ethereum və Ripple da müvafiq olaraq illik olaraq 20% və 22% azaldı. Fevralda kriptovalyuta bazarı 8% dəyər itirdi və hazırda bazarın ümumi həcmi 450 milyard dollardan bir qədər artıqdır.

Bəs, Litecoin niyə yüksəldi? Bunun ən böyük səbəblərindən biri “Bloomberg Terminal”-ın Litecoin-i fevralın ikinci həftəsində öz platformasına əlavə etməsidir. Bütün dünyada BTC, XRP, ETH kimi kriptovalyutaların qiymətini izləyən maliyyə müştəriləri indi LTC ilə yaxından maraqlanmağa başladılar.

Fevraldakı uğurlu nəticələrinə baxmayaraq, LTC özünün rekord göstəricisinə hələ də çata bilmir. Bitcoin-in 20 min dollara yüksəldiyi dekabr ayında Litecoin də 365 dollarla özünün ən yaxşı nəticəsini göstərmişdi. Çoxları Litecoin-i ən parlaq gələcəyi olan kriptovalyutalardan hesab edir.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et