Fevralda Azərbaycan OPEC kvotasını 78% istifadə edib | Banco.az

Fevralda Azərbaycan OPEC kvotasını 78% istifadə edib

Bu ilin fevral ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 648 min barel olub.

Energetika Nazirliyinə istinadən verilən məlumata görə, bunun 531 min barelini xam neft, 117 min barelini isə kondensat təşkil edib.

Bununla da Azərbaycan OPEC kvotasını 77,6 % istifadə edib.

Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et