Fevral ayında ABŞ-da istehlakçı inamı aşağı düşüb | Banco.az

Fevral ayında ABŞ-da istehlakçı inamı aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Konfrans Şurasının İstehlakçı İnam İndeksi fevralda aylıq 3,1 bənd azalaraq 102,9-a düşüb.

Banco.az xəbər verir ki, Konfrans Şurası amerikalı istehlakçıların meyllərini ölçən İstehlakçı İnam İndeksi ilə bağlı fevral məlumatlarını açıqlayıb.

Buna görə, sözügedən indeks fevral ayında əvvəlki aya görə 3,1 bənd azalaraq 102,9 olub.

Bazar gözləntilərindən geri qalan istehlakçı inamının bu dövrdə 108,5-ə çatacağı gözlənilirdi. 

Amerikalı istehlakçıların cari iş və əmək bazarı şərtləri ilə bağlı qiymətləndirmələrini əks etdirən cari vəziyyət indeksi isə fevral ayında 1,7 bənd yüksələrək 152,8-ə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et