FES uçot dərəcəsini dəyişməyib, dollar sürətlə ucuzlaşır | Banco.az

FES uçot dərəcəsini dəyişməyib, dollar sürətlə ucuzlaşır

Federal Ehtiyatlar Sistemi (FES) ABŞ iqtisadiyyatı ilə bağlı proqnozunu dekabr ayındakı 2,4%-dən 2,2%-dək azaldıb.

"APA-Economics" xəbər verir ki, bu barədə FES-in rəhbəri Canet Yellen bildirib.

Ən sərfəli kredit üçün müraciət et

FES-in iclasından sonra keçirdiyi mətbuat konfransında C. Yellen qeyd edib ki, inflyasiya ilə bağlı proqnoz 1,2%-dək endirilib. İşsizliklə bağlı proqnoz 4,7% səviyyəsində saxlanılıb.

Qeyd edək ki, FES-in növbəti iclası aprelin 26-27-də baş tutacaq.
 

Ən sərfəli krediti almaq üçün müraciət et