FES uçot dərəcəsini 2 dəfə artıracaq | Banco.az

FES uçot dərəcəsini 2 dəfə artıracaq

Fyuçers bazarı iştirakçılarının ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini 2017-ci ildə keçiriləcək iclasların ikisində artıracağı ilə bağlı ehtimalları 62%-ə yüksəlib. 

Bunu "VTB24" bankının analitiki Aleksey Mixeyev bildirib. 

Onun fikrincə, FES-in bugünkü iclasının nəticəsi artıq bir o qədər də önəmli deyil. Belə ki, hər kəs uçot dərəcəsinin artırılacağını bilir: "Hətta aydındır ki, FES növbəti faiz artımı barədə də danışacaq. Amma, maliyyə bazarları 2017-ci ildə faizlərin iki iclasda artırılaraq 1-1,25%-ə çatdırılması ehtimalını 61,9% olaraq görürlər".

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, FES 2015-ci ilin dekabrında uçot dərəcəsini tarixi minimal səviyyədən artıraraq 0,25-0,50%-ə çatdırıb. Bugünkü iclasda isə faizin 0,50-0,75%-ə çatdırılması gözlənilir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et