FES qərarlarının və bəyanatlarının analizi | Banco.az

FES qərarlarının və bəyanatlarının analizi

2018-ci ildən başlayaraq faizlər aşağı saxlanıldıqdan sonra Federal Ehtiyat Sistemi (FES) 16 mart tarixində faiz artımına gedərək faizləri 0,25% artıraraq koridorun yuxarı hissəsini 0,5% çatdırdı. Maraqlı digər bir məqam isə Povelin sualları cavablandıran zaman dəfələrlə ABŞ iqtisadiyyatının çox güclü olması barədə söylədiyi ifadələr oldu. Sanki Povel bu ifadəni dəfələrlə işlətməklə investorları ABŞ iqtisadiyyatının güclü olmasına, problemlərin keçici olmasına, ən əsas problemin inflyasiya problemi olduğuna və həmçinin resessiyadan danışmağın yersiz olmasına inandırmağa çalışırdı. Povel eyni zamanda hal-hazırda iqtisadiyyat üçün ən böyük təhlükənin yüksək inflyasiya olmasını, əmək bazarının güclü olmasını və həmçinin qiymət sabitliyinin ABŞ Mərkəzi Bankı üçün əsas şərt olmasını vurğulayaraq bundan sonra bu il daha mümkün 6 faiz artımı barədə işarə verdi. 

Eyni zamanda, gözlənti ondan ibarət idi ki, FES bu görüşdə bankın balansının hansı tarixdən etibarən azaldılmasına dair məlumat verəcək. FES bildirib ki, öz 8,9 trilyon dollarlıq balansının «qarşıdakı iclasda» azalmasına imkan verəcək. Povel deyib ki, həmkarları bu həftə öz planlarını yerinə yetirməkdə yaxşı irəliləyiş əldə edib və FOMC bu barədə qərar verməsə də may görüşündə prosesi başlada bilər.

Həmçinin, yeni iqtisadi proqnozlar açıqlanıb. Yeni iqtisadi proqnozlarda FES rəsmiləri inflyasiyanı əvvəlkindən xeyli yüksək gördüklərini, bu il 4,3% səviyyəsində, lakin 2024-cü ildə hələ də 2,3% -ə enəcəyini bildiriblər. 2022-ci ildə iqtisadi artım proqnozu 4% -dən 2,8% -ə endirilib, işsizlik proqnozu isə az dəyişib.

Diqqət çəkən əsas məqam iqtisadi artım proqnozunun aşağı yenilənməsidir. Əslində, bu gözlənilən idi, amma 1% artıq elan olunması məsələnin ciddi olduğunu söyləməyə əsas verir. Dünya iqtisadiyyatı qarşılıqlı əlaqəlidir, bu baxımdan eyni tendensiya daha artıq dərəcədə Avropa ölkələrində də baş verəcək. Bu isə ümumi dünya iqtisadiyyatında mövcud ola biləcək geriləmənin miqyasının gözləniləndən daha çox ola bilməsi anlamına gəlməlidir. Digər tərəfdən də yüksək inflyasiya fonunda Mərkəzi Banklar faizləri artırmaq zərurəti ilə üz-üzə qalacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin, faiz artımından sonra mart ayının 21-i FES sədri Povelin olan çıxışı bazarlara təsirsiz ötüşməyib. O, qeyd edib ki, FES ənənəvi 0,25% artımından kənarlaşaraq qiymətləri sabitləşdirmək məqsədi ilə daha aqressiv faiz artımına gedə bilər. Həmçinin, qeyd edilib ki, zərurət olarsa, may ayında faizlər gözləniləndən daha çox 0,5% -də artırıla bilər. Bu baxımdan bazar bundan sonra 6 dəfə faiz artımı olmaqla may və iyun aylarında FES-in faizləri 0,5% artıracağını gözləyir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et