FES-in uçot dərəcəsini artmaq ehtimalı qızılın ucuzlaşmasına səbəb olub | Banco.az

FES-in uçot dərəcəsini artmaq ehtimalı qızılın ucuzlaşmasına səbəb olub

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) baza faiz dərəcəsini artmaq ehtimalı qızılın ucuzlaşmasına səbəb olub.

Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,44%, yaxud 8,6 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 929,2 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,12% düşərək, 1 unsiyası 24,705 ABŞ dolları təşkil edib.

Birjalar Sent-Luisin FES rəhbəri Ceyms Bullardın FES-in inflyasiyanı tam idarə edə bilmədiyi və uçot dərəcəsinin kəskin artırıla biləcəyi ilə bağlı bəyanatını qiymətləndirirlər. Baza faiz dərəcəsinin artırılması isə ABŞ dolları üçün müsbət, qiymətli metal üçün mənfi hesab olunur.

Bununla belə, Ukrayna ətrafında gərginliyin saxlanıldığı bir zamanda qızılın 1 unsiyasının qiyməti 1 900 ABŞ dollarından yuxarı qalmaqda davam edir.

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram