FES-in iclasından hansı gözləntilər var? | Banco.az

FES-in iclasından hansı gözləntilər var?

Bu gün axşam açıqlanmalı olan və bazarların gözlədiyi ən vacib göstəricilərdən biri ABŞ Mərkəzi Bankının (FES) faiz qərarıdır. ABŞ iqtisadiyyatı son dönəmlərdə qalxan ərzaq məhsulları və yanacaq qiymətləri fonunda çox yüksək inflyasiya ilə üz-üzə qalıb. Son açıqlanmış illik inflyasiya isə 8,5% təşkil edib.

Qeyd edək ki, keçən il boyu FES, pandemiya ilə bağlı olaraq artan inflyasiyanın keçici olacağını vurğulayaraq, faiz artımına getmədi və digər tərfdən də yumşaldıcı pul siyasətini də azaltmadı. Keçən ilin sonuna yaxın inflyasiyanın keçici olmayacağına tam əmin olduqdan sonra isə noyabr ayından başlayaraq inflyasiyaya dair başqa bəyanatlar verməyə başladı. Bu baxımdan bəzi analitiklər FES-i baş verənlərə çox gec reaksiya verməkdə qınayırlar.

Digər tərəfdən, bu il Rusiyanın Ukrayna ərazisində müharibəyə başlaması səbəbindən, pandemiyadan tam özünə gələ bilməyən dünya iqtisadiyyatı üçün yeni problemlər yarandı. Artan ərzaq, neft, qaz qiymətləri bütün dünyada olan inflyasiyanı daha da sürətləndirdi. Yaranmış qeyri-müəyyən vəziyyət sonda ölkələrin bir-birinə qarşı tətbiq etdikləri sanksiyalar miqyasında logistika və yük daşınmada yenidən problemlər yaratdı. Bu isə logistika və yük daşıma xərclərinin artmasına səbəb oldu. Bütün bunların fonunda, infyasiya daha da sürətləndi.

FES-dən gözləntilər onun inflyasiya ilə mübarizədə daha qətiyyətli olması FES çox ciddi təzyiq altında saxlayır. Bu səbəbdən, görüşdə faizlərin minimum 0,5% (0,75% artımda istisna deyil) artırılacağı gözlənilir. Hal-hazırda əsas suallardan biri də FES-in bu il faizləri artıraraq neçə faizə çatdırmasıdır. Belə ki, əvvəllər FES-in bu il faizləri 3,5%-dək artıracağı gözlənildiyi halda, bəzi analistlər yüksək inflyasiya fonunda FES-in inflyasiyanı cilovlaya bilməsi üçün faizləri 5%-dək artırmalı olacağını qeyd edirlər.

"Bloomberg" platformasının verdiyi məlumata əsasən, Beynəlxalaq Valyuta Fondunun keçmiş baş iqtisadçısı Kenneth Rogoff "Dünya ABŞ, Avropa, Çin iqtisadiyyatında resessiyanın yaranmış potensial qasırğası fonunda son 40 il ərzində olan yüksək inflyasiyanı azaltmaq məsədilə, FES faizləri ən azı 5%-dək artırmaq məcburiyyətindədir" deyə qeyd edib. Qeyd edək ki, faizlərin artımı ilə bağlı qərar səhm, istiqraz bazarlarına təsirsiz ötüşməyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram