ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) Açıq Bazarlar üzrə Komitəsi üzvlərinin əksəriyyəti mart iclasının yekunu üzrə 2017-ci ildə baza faiz dərəcəsinin daha iki dəfə - 1,375% orta səviyyəsinə qədər artacağını gözləyir.
Bu barədə tənzimləyicinin mart iqtisadi proqnozunda bildirilir.
Komitə mart ayı üzrə keçirilən iclasın yekununda baza faiz dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1% faizə qədər artırıb.
Mənbə: Report.az