Müəllif:Ayşən İmanova/Banco.az
“Ferrari” öz avtomobillərində naviqasiya sistemlərindən imtina etmək qərarına gəlib.
Banco.az xəbər verir ki, bu barədə “Carbuzz” şirkətin marketinq departamentinin rəhbəri Emanuel Karandoya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, “Ferrari” sahibləri avtomobillərində quraşdırılmış naviqasiya sistemlərindən daha çox “Apple” və ya “Google” xəritələrinə üstünlük verməyə başlayıblar.
“Bizim avtomobillərimiz hər gün istifadə olunmur və biz istəmirik ki, müştərilərimiz hər dəfə “Ferrari”nin sükanı arxasına keçəndə istifadə etməli olduqları sistemə alışsınlar”, - deyə o bildirib.
Qeyd edək ki, “Apple CarPlay” və “Android Auto” bu yaxınlarda “Ferrari” avtomobillərinin əsas avadanlıqlarına daxil edilib. Əvvəllər onlar üçün əlavə 4,2 min dollar ödənilirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!