Azərbaycanda kənd təsərrüfatı sığortasında Türkiyə modelini seçib. Bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin şöbə rəisi Mahir Abdullayev bildirib. Onun sözlərinə görə, yeni mexanizm “Kənd təsərrüfatında sığortanın dövlət dəstəyi vasitəsilə stimullaşdırılması haqqında” qanunun yeni layihəsində nəzərdə tutulub. Qeyd edək ki, həmin layihə artıq Nazirlər Kabinetinə təqdim edilib. Yeni qanun həm fermerlərin, həm də sığorta şirkətlərinin aqrar sığotaya marağını artırmalıdır.
M.Abdulayevin sözlərinə görə, indi Azərbaycanda aqrar sığorta ona görə işləmir ki, aqrar sahə çox riskli sahədir, şirkətlər isə bu riskləri öz üzərlərinə götürmək istəmirlər: "Kənd təsərrüfatında hadisə baş verəndə onun nəticələri ağır olur və hadisə nəticəsində dəyən zərər də böyük olur. Ona görə də, sığorta şirkətləri buna maraq göstərmirlər". Ona görə də qanunda əsas dəyişiklik risqlərin bölüşdürülməsi ilə bağlıdır.
Beləliklə, yeni qanunda Azərbaycanda aqrar sığorta ilə bağlı Türkiyə modelinin qurulması nəzərdə tutulur. Xatırladaq ki, Türkiyədə TARSİM modeli fəaliyyət göstərir. Bu modelə əsasən , aqrar sığorta ilə bağlı yıılan sığorta haqları sığorta şirkətlərinə deyil, yeni yaradılacaq fonda - sığorta hovuzuna toplanır. Sığorta hadisəsi baş verəndə də fermerlər ödənişi sığorta şirkətlərindən yox, həmin fonddan alırlar. Nəticədə sığortanın ağırlığı şirkətlərinə yox, həmin fonda düşür.
Bu prosesdə sığorta şirkətlərinin işi isə yalnız fermerlərlə müqavilə ballayıb, sığorta haqqını onlardan almaq və onu fonda keçirməkdən ibarətdir. Başqa sözlə, aqrar sığortada sığorta şirkətləri sığortaçı kimi yox, sığorta agenti kimi fəaliyət göstərəcəklər. Yəni toplanan sığorta haqqından müəyyən faiz götürəcəklər.
Mahir Abdullayev bildirib ki, qanunda fermerlərin sığortaya marağının artırılması üçün də mexanizmlər nəzərdə tutulub. Bura fermerlərin sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi aiddir. ödəyir. Qeyd edək ki, bu mexanizm indiyə qədər də tətbiq olunurdu, amma fermerlərin sığortaya marağını artırmamışdı. M.Abdullayevin sözlərinə görə, bunun səbəblərindən biri fermerlərin sığorta şirkətlərinə kifayət qədər etibar etməməsidir. Amma yeni mexanizm (yəni sığorta hovuzu) işə düşəndən sonra bu inam yaranmalıdır. Çünki ödəmələrdə problem olmayacaq.
fins.az