Fərəc Quliyev: “ARDNF rubl siyasətinə yenidən baxmalıdır” | Banco.az

Fərəc Quliyev: “ARDNF rubl siyasətinə yenidən baxmalıdır”

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) rubl siyasətinə yenidən baxmalıdır.
Bunu Milli Məclisdə Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsi zamanı millət vəkili Fərəc Quliyev deyib.

ARDNF-nin rubla investisiya yatırdığını deyən millət vəkili bildirib ki, sözügedən valyutanın dəyəri aşağı düşdüyündən fondun aktivləri azalacaq: “Rublun dəyəri aşağı düşür. Belə getsə, yəqin elə belə də gedəcək, rubla qoyulan aktivlərimiz azalacaq. Hesab edirəm ki, fondun rubl siyasətinə redaktələr edilməlidir”.

Ən sərfəli kredit üçün müraciət et

F. Quliyev büdcənin neft gəlirlərindən asılılığını azaltmaq üçün ciddi tədbirlərin görülməsini də vacib sayır: “Neftsiz ölkələr var, onlar büdcəni necə formalaşdırırlar?”

O, ARDNF-nin ehtiyatlarının işğal altında olan torpaqların azad edilməsindən sonra bu ərazilərdə bərpa işlərinə sərf olunmasını məqsədəuyğun sayır.

APA.az

Ən sərfəli krediti almaq üçün müraciət et