Müəllif: Gülnar Əhmədli, Banco.az
"İxrac icmalı"nın avqust sayında qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-iyul aylarında həyata keçirilən ixracla bağlı qeyri-dövlət ixracatçı (özəl) subyektlərin reytinqi tərtib edilib.
Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, qeyri-neft məhsullarının ilk 10 özəl ixracatçısı siyahısında fiziki şəxs Şirinov Elvin Valeh oğlu bu dəfə 1-ci olub.
Belə ki, o, bu dövrdə 66,8 milyon dollarlıq ixrac həyata keçirib. Bu da illik müqayisədə 46,6 milyon dollar (3,3 dəfə) çoxdur. Ötən ay o, bu siyahıda 52,5 milyon dollarlıq ixracla 2-ci olub.
Bizi sosial şəbəkələrdən izləyin!!