“Fərdi evlərin qiymətində artım var”- Ekspert | Banco.az

“Fərdi evlərin qiymətində artım var”- Ekspert

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“2024-cü ildə Azərbaycanda fərdi evlərin qiymətində artım müşahidə ediləcək”.

Banco.az xəbər verir ki, bu barədə əmlak ekspert Elnur Fərzəliyev bildirib.  O qeyd edib ki, sənədli torpaq sahələrinin az olması  fərdi evlərin qiymətinə təsir edən əsas faktordur:

“Bildiyiniz kimi, çıxarışla təmin olunmuş torpaq sahələrinin sayı məhduddur. Qanunvericiliyə edilən dəyişikliyə əsasən sənədsiz torpaq sahələrində artıq fərdi evlərin tikintisi mümkün olmayacaq. Amma kiminsə evinin sənədi varsa artıq satış zamanı bu qiymətə təsirsiz ötüşməyəcək”.

Ekspert qeyd edib ki,  əgər vətəndaş ev tikib daha sonra ora qaz, işıq, su və digər lazımi kommunal xidmətləri çəkdirə bilməyəcəksə, həmin ərazidən ev almırlar:

“Çıxarışsız torpaqların qiyməti kommunal xidmətlər çəkilə bilməyəcəyi təqdirdə torpaqların qiymətinin aşağı düşməyinə səbəb olur”.

Qeyd edək ki, 2023-cü ilin oktyabrın 1-dən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsləri tərəfindən mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulması – 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et