ABŞ Mərkəzi Bankının ( Fed) Minneapolis şöbəsinin sədri Neel Kashkari neytral faizə yaxın olduqlarını bildirib.
CNBC-yə danışan Minneapolis Fed sədri Neel Kashkari neytral səviyyənin hansı səviyyə olduğuna dair qeyri-müəyyənlik olduğunu, ancaq bu an neytral faiz nisbətinə yaxın olduqlarını bildirib.
Kashkari "Neytral faiz səviyyəsini bilmək çətindir, bu səbəblə göstəriciləri çox yaxından təqib edirik" deyib.
Kashkari inflyasiyanın durğun və məşğulluğun güclü olduğu vaxt faizi sürətli şəkildə artırmamaq lazım olduğunu bildirib. Kashkari, faizləri çox artırmağın durğunluq riskinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Kashkarinin bu il və gələn il FOMC-da səsvermə hüququ yoxdur. 2017-ci ildə səsvermə hüququ olan Kashkari 3 faiz artımına da qarşı çıxmışdı.
Nyu-York İqtisadiyyat Klubunda Çərşənbə günü çıxış etmiş Fed sədri Cerom Pauell də faiz səviyyəsinin neytral səviyyədən bir az aşağı olduğunu bildirmişdi. Bu açıqlamalar, Fed-in gələn ay faiz artırdıqdan sonra 2019-cu ildə faiz artırmağa fasilə verəcəyinə işarədir.
Marja.az