Fed və AMB-dən daha önəmli faiz qərarı | Banco.az

Fed və AMB-dən daha önəmli faiz qərarı

Dünyanın ən qədim Mərkəzi Bankı olan İsveç Mərkəz Bankının bu həftəki qərarı kritik əhəmiyyətdədir.

1668-ci ildə qurulan dünyanın ən qədim mərkəzi bankı olan "Riksbank", təxminən 5 il əvvəl  əsas faiz dərəcəsini sıfırdan aşağı salan bir neçə bankdan biri idi. "Marja" xarici mətbuata istinadən xəbər verir ki, Bankın rəsmiləri bu siyasətin işə yaradığını və faizin artıq mənfi olmaya biləcəyini ifadə edirlər.

Avropa, İsveçrə, Danimarka və Yaponiya mərkəzi bankları İsveçə bənzər siyasətlər tətbiq etmişdir. Hazırda ABŞ Mərkəzi Bankı (Fed), Prezident Donald Trampın faizi mənfi bölgəyə endirmək təzyiqi ilə qarşı-qarşıyadır.

"Bloomber"gun sorğusuna qatılan 16 iqtisadçı İsveç Mərkəz Bankının (Riskbank) 19 dekabrdakı yığıncaqda mənfi 0.25%-də olan faizi 25 bənd artıracağını və sıfır səviyyəsinə qaldıracağını gözləyir. 

ABŞ Mərkəzi Bankı (Fed) 11 dekabr yığıncağında faiz məsələsində bir müddət gözləyəcəyini bildirmiş, sabahısı gün Avropa Mərkəzi Bankının (AMB) yeni sədri Laqard ilk yığıncağında pul siyasəti hərəkətlərindən daha çox təşkilatın strategiyasını nəzərdən keçirəcəklərini vurğulamışdı.

Ən sərfəli kredit üçün müraciət et

İsveçin mənfi faiz siyasətinin mənfi təsirlərinə və qlobal yavaşlama səbəbləri ilə fərqli bir siyasət hücumu etməsi gözlənilir. Bankların  mənfəət marjaları ilə əlaqədar şikayətləri artıb. 

Mənfi faiz siyasətindəki təməl fikir maliyyə təşkilatlarını daha çox kredit verməyə təşviq edərək iqtisadi artımı canlandırmaq idi.

"Riksbank" 2015-ci ilin Fevral ayında mənfi faiz siyasətinə keçmişdi. "Bloomberg"  iqtisadçıları, "Noyabr ayında inflyasiya faiz artırmağa əsas verəcək qədər yüksəlib. 19 dekabrda 25 bənd artım olmasını və təxminən 5 il sonra mənfi faiz siyasətinin lğv ediləcəyini gözləyirik. 2020-ci il boyunca da faizlərdə dəyişiklik gözləmirik" ifadələrini istifadə ediblər.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et