Müəllif: Tamara Mustafayeva, Banco.az
FED-in faiz qərarı hazırda qlobal miqyasda investorların əsas gündəm mərkəzindədir.
Banco.az xəbər verir ki, FED-in pul siyasətindəki qeyri-müəyyənlik səbəbindən faiz qərarının necə olacağı yenə də böyük maraq doğurur. Bəs mərkəzi bank iyul azyı üzrə uçot dərəcəsini nə vaxt elan edəcək?
ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz iclasının təqvimi açıqlanıb.
Buna görə, kritik faiz qərarı 26 iyul Bakı vaxtı ilə saat 22:00-da açıqlanacaq.
Qeyd edək ki, ekspertlər FED-in iyul iclasında uçot dərəcəsini 25 baza bəndi artıracağından demək olar ki, əmindirlər. ancaq mərkəzi bankın bundan sonra dilemmalarla dolu bir dövrə girə biləcəyi güman edilir.
Bizi sosial şəbəkələrdən izləyin!!