Müəllif: Tamara Mustafayeva, Banco.az
FED-in uçot dərəcəsini elan edəcəyi iyun iclasından əvvəl bazarların həyəcanlı gözləyişi davam edir.
Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz iclasının təqvimi açıqlanıb.
Buna görə, iyunun 14-də FED-in faiz qərarı ilə bağlı iclas keçiriləcək və kritik faiz qərarı Bakı vaxtı ilə axşam saat 22:00-da açıqlanacaq.
Qeyd edək ki, ekspertlər FED-in bu iclasda faiz dərəcələrini 25 baza bəndi artıracağını düşünür. Mərkəzi Bank aprel iclasında da proqnozlara uyğun olaraq uçot dərəcəsini 25 baza bəndi artıraraq 5-5,25 faiz aralığına çatdırmışdı ki, bu da ötən 16 ilin ən yüksək səviyyəsini göstərdi.
Bizi sosial şəbəkələrdən izləyin!!