FED sədrinin çıxışı qızılı ucuzlaşdırıb | Banco.az

FED sədrinin çıxışı qızılı ucuzlaşdırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

FED sədri Cerom Pauellin çıxışından sonra qızıl ucuzlaşmaqda davam edib.

Banco.az xəbər verir ki, FED sədri Cerom Pauellin Nümayəndələr Palatasındakı yarımillik çıxışında faiz artımına işarə etməsi və inflyasiya ilə mübarizə vurğusunu yeniləməsi fonunda qızılın qiyməti aşağı istiqamətli hərəkətini davam etdirir.

Hazırda spot bazarda qızılın bir unsiyası 1928 dollara satılır.

Qeyd edək ki, qiymətli metal may ayındakı pik nöqtəsindən 6% ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et