Fed sədri: "Faiz endirməklə risklərə qarşı sığortalanmaq məqsədi güdülür" | Banco.az

Fed sədri: "Faiz endirməklə risklərə qarşı sığortalanmaq məqsədi güdülür"

ABŞ Mərkəzi Bankının (Fed) sədri  Cerom Pauel (Jerome Powell), Federal Açıq Bazar Komitəsinin (FOMC) İyul toplantısının ardından mətbuat konfransında açıqlamalar verib. 

ABŞ iqtisadiyyatının mülayim artdığını qeyd edən Fed sədri, aşağı istiqamətli risklərdən sığortalanmaq üçün faizin aşağı salındığını deyib: "Faiz endirimi ilə aşağı istiqamətli risklərə qarşı sığortalanmaq məqsədi güdülür".

Pauell, zəif qlobal iqtisadi artım və emalın ABŞ üçün risk təşkil etdiyini deyib.

Həmçinin Pauel, faiz endiriminə, inflyasiyanın hədəfə (2%-ə) irəliləməsini dəstəkləmək üçün gedildiyini vurğulayıb.

ABŞ iqtisadiyyatının son həftələrdə güclü mövqe nümayiş etdirdiyini ifadə edən Fed sədri, problemlərin aşağı istiqamətli risklər və zəif inflyasiya olduğunu bildirib.

 

Ən sərfəli kredit üçün müraciət et

Pauell, ticarət qeyri-müəyyənliyi və inflyasiyanın necə inkişaf etdiyinin izlənəcəyini deyib və qlobal zəifliyin, ticarət müharibələrinin ABŞ iqtisadiyyatına təsir etdiyini dilə gətirib.

Xəbər ferdiyimiz kimi, Fed faizi 0,25 faiz bəndi azaldıb və faizlər 2.25-2.50% aralığından 2.00-2.25% aralığına düşüb. Analitiklər də Fedin 0,25 bənd faiz endirəcəyini gözləyirdilər.

Faiz endiriminin sığorta və risk idarəçiliyi tərəflərinin olduğunu ifadə edən Fed sədri, "Biz ticarət siyasətini tənqid etmirik, bu bizim işimiz deyil",- deyib. 

"İqtisadiyyatın performansı pul siyasətinin çalışdığını göstərir",- deyən Pauell, sözlərini "Zəif qlobal artımı çox diqqətli bir şəkildə izləyəcəyik", - deyərək davam etdirib.

Pauell bugünkü qərarın yeni faiz endirimi dövrünün başlanğıcı mənasına gəlmədiyini deyib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et