FED sədri faiz artım tempinin azalacağı tarixi açıqlayıb | Banco.az

FED sədri faiz artım tempinin azalacağı tarixi açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Cerom Pauel faiz artımlarında yavaşlamanın dekabrda başlaya biləcəyini bildirib.

Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Pauel Vaşinqtondakı Brukinqs İnstitutunda etdiyi çıxışda ölkədəki faiz artım tempini və inflyasiya mühitini dəyərləndirib.

O bildirib ki, inflyasiyaya nəzarət etmək üçün faiz dərəcələrinin nə qədər artırılmalı olduğu və pul siyasətinin nə vaxta qədər sərtləşdirilməkdə davam edəcəyi kimi məsələlər faiz artım tempinin zəifləyəcəyi tarixin müəyyən edilməsindən çox daha vacibdir.

Bununla belə, sədr həmçinin qeyd edib ki, faiz dərəcələrinin ölkədəki inflyasiyanı aşağı salmağa kifayət edəcək səviyyəyə yaxınlaşması ilə bankın faiz artım tempini zəiflətməsi mümkün görünür. O, bu prosesin dekabr ayından etibarən başlama ehtimalını vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et