ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauel, Sentyabr iclasının ardından keçirilən mətbuat konfransında çıxış edib.
Pauell, "Fed ABŞ iqtisadiyyatını güclü saxlamaq və risklərə qarşı sığortalanmaq üçün faiz endirib",- deyib.
Fed 11 il sonra ard-arda ikinci dəfə faiz endirib.
Bu gün Fed-in Federal Açıq Bazar Komitəsinin (FOMC) Sentyabr toplantısında proqnoza paralel olaraq 25 bənd faiz endiriminə gedilib. Beləliklə, Fed faizi 2 faiz - 2,25 faiz aralığından 1.75 faiz - 2 faiz aralığına endirib.
HƏMÇİNİN OXU: Fed faiz qərarını açıqladı
Fed sədri prosesləri izlədiklərini, "Brexit" və ticarət müharibəsinin qeyri-müəyyənlik yaratdığını bildirib. Cerom Pauel qlobal iqtisadi artımın, qlobal ticarətin və investisiyaların azaldığını qeyd edib.
Marja