Fed rəsmisi kriptovalyutalara qarşı xəbərdarlıq edib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Fed rəsmisi kriptovalyutalara qarşı xəbərdarlıq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

FED İdarə Heyətinin üzvü Kristofer Uoller kriptovalyutalarla bağlı xəbərdarlıq edib.

Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) İdarə Heyətinin üzvü Kristofer Uoller kriptovalya aktivlərinə sahib olanların bütün investisiyalarını itirə biləcəyi barədə xəbərdarlıq edib.

Uoller banklara isə xəbərdarlıq edib ki, onlar özlərini zərərli sektor nümayəndələrindən və maliyyə sistemi üçün risklərdən qorumalıdırlar.

Xatırladaq ki, kriptovalyuta bazarında baş verən son hadisələrlə bağlı ABŞ tənzimləyiciləri, o cümlədən FED, banklara dələduzluq riski ilə bağlı daha diqqətli olmaları barədə xəbərdarlıq edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram