FED rəsmisi: "İlin sonunadək uçot dərəcəsi bir dəfə də artırılacaq" | Banco.az

FED rəsmisi: "İlin sonunadək uçot dərəcəsi bir dəfə də artırılacaq"

ABŞ-ın San-Fransisko ştatının Federal Ehtiyat Bankının prezidenti Con Uilyams ilin sonunadək Federal Ehtiyat Sistemi (Federal Reserve System, FED) tərəfindən uçot dərəcəsinin daha bir dəfə artırılacağına ümid edir.

"APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, C. Uilyamsın fikrincə, ABŞ-da inflyasiya ilə bağlı açıqlanan zəif göstəricilər müvəqqətidir və il ərzində inflyasiya hədəflənən 2% səviyyəsinə çatacaq.

Ən sərfəli kredit üçün müraciət et

"Uçot dərəcəsinin artırılması və balans həcminin azaldılması bir-birini tamamlayan və atılması zəruri olan addımlardır", - deyə FED rəsmisi qeyd edib.

Ən sərfəli krediti almaq üçün müraciət et