FED rəsmisi faiz qərarı ilə bağlı proqnozunu bölüşüb | Banco.az

FED rəsmisi faiz qərarı ilə bağlı proqnozunu bölüşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Sent-Luis Fed-in sədri Ceyms Bullard faiz dərəcələrinin 5,375 faizə çata biləcəyini proqnozlaşdırıb.

Banco.az xəbər verir ki, Fed-in Sent-Luis şəhərindəki filialının rəhbəri Ceyms Bullard ABŞ iqtisadiyyatının bazarların proqnozlaşdırdığından daha dayanıqlı olduğunu və faiz artımlarının davam etməsinin zəruriliyini bildirib.

CNBC kanalına müsahibə verən Bullard uçot dərəcəsinin 5,375 faizə çata biləcəyini söyləyib.

O həmçinin qeyd edib ki, əmək bazarının gücünü saxlamaqla inflyasiyanı azaltmaq mümkün olacaq.

Fed rəsmisi 2023-cü ildə inflyasiyanın artım sürətinin zəifləyəcəyini və böyümədə mülayim yavaşlama müşahidə ediləcəyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ABŞ Federal Ehtiyat Sistemi (Fed) hər biri 75 baz bəndi olan dörd aylıq aqressiv faiz artımlarından sonra dekabr ayında faiz dərəcələrini 50 baza bəndi, bu ay isə 25 baza bəndi artırmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et