ABŞ Federal Ehtiyat Sistemi (Federal Reserve System, FED) rəhbərinin müavini Stenli Fişer istefa edib.
"APA-Economics” xəbər verir ki, S. Fişer istefa məktubunu prezident Donald Trampa təqdim edib.
S. Fişer məktubunda istefasının səbəbini açıqlamayıb. Buna baxmayaraq, 73 yaşlı görkəmli maliyyəçi FED-də işləməkdən qürur duyduğunu bildirib.
Müavininin istefasını şərh edən C. Yellen isə bildirib ki, S. Fişer FED-in pul-kredit siyasətində müstəsna xidmətləri olub.