Fed qərarı öncəsi dollar və neftdə ucuzlaşma | Banco.az

Fed qərarı öncəsi dollar və neftdə ucuzlaşma

FED-in açıqlamaları öncəsi açıqlanan mənfi fundamental göstəricilər dollar və neftin ucuzlaşmasına səbəb olub.

Beynəlxalq valyuta birjalarında Amerikadan açıqlanan mənfi fundamental göstəricilər dolların ucuzlaşmasına səbəb olub. 

Nəticədə EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq, 1.11 və 1.29$-ın üzərində ticarət edilməkdədir.

İqtisadi risklərin artması, enerji birjalarında neftə olan tələbin də azalacağına işarədir və Avropanın Brent nefti ucuzlaşmağa başlayıb. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da Amerikadan açıqlanacaq iqtisadi inkişaf və saat 18:30-da neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir. Saat 22:00-da Amerika Mərkəzi Bankının (fed) verəcəyi önəmli açıqlamalar da böyük maraqla gözlənilir. 

İnvestAz