FED ölkədə inflyasiyanın həddindən artıq yüksək olduğunu bildirib | Banco.az

FED ölkədə inflyasiyanın həddindən artıq yüksək olduğunu bildirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

FED noyabr ayı üzrə Maliyyə Sabitliyi Hesabatını dərc edib.

Banco.az xəbər verir ki, hesabatda may ayından etibarən iqtisadi görünüşün zəiflədiyini və perspektivlərlə bağlı qeyri-müəyyənliyin artmaqda davam etdiyini vurğulayan ABŞ Federal Ehtiyat Sistemi (FED) ölkədə inflyasiyanın "qəbuledilməz dərəcədə yüksək" olduğunu qeyd edib.

FED də daxil olmaqla, dünya mərkəzi banklarının monetar sərtləşdirmə siyasəti həyata keçirdiyinə diqqət çəkilən hesabatda zəif perspektivlərin, yüksək faiz dərəcələrinin və artan qeyri-müəyyənliyin maliyyə şərtlərini əhəmiyyətli dərəcədə sərtləşdirdiyi yazılıb.

Hesabatda həmçinin qeyd olunub ki, iqtisadi mənzərənin pisləşməsi və yüksək faiz dərəcələri şirkətlərin dəyər itirməsinə yol açsa da, daşınmaz əmlak qiymətləri yüksək olaraq qalır, bazarlarda hökm sürən yüksək volatillik fonunda istiqraz gəlirləri isə artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et