Müəllif: Tamara Mustafayeva, Banco.az
FED “UBS” bankını 268,5 milyon dollar məbləğində cərimələyib.
Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) Sürixdə yerləşən İsveçrəin “UBS” bankını iyun ayında satın aldığı müflisləşmiş “Credit Suisse”in “Archegos Capital Management” ilə əməliyyatları üzrə risklərin idarə edilməsində uğursuzluqlara görə 268,5 milyon dollar cərimələyib.
Bu barədə FED rəsmi bəyanat yayıb.
Bəyanatda deyilir ki, 2021-ci ildə “Credit Suisse” investisiya fondu olan “Archegos”un defoltuna görə təxminən 5,5 milyard dollar itirib.
FED İdarə Heyətinin bu qərarının İsveçrə Maliyyə Bazarlarına Nəzarət Qurumunun və İngiltərə Bankının Prudensial Tənzimləmə Qurumunun (PRA) tədbirləri ilə həyata keçirildiyinə diqqət çəkilərək, İdarə Heyəti və PRA tərəfindən açıqlanan cəzaların cəminin təxminən 387 milyon dollar olduğu qeyd edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!