FED: İqtisadiyyat üçün mənfi faiz dərəcələri uyğun deyil | Banco.az

FED: İqtisadiyyat üçün mənfi faiz dərəcələri uyğun deyil

"ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) vəzifəsi ticarət, immiqrasiya və yaxud federal xərcləmə siyasətini müəyyənləşdirmək deyil və 2020-ci ildəki prezident seçkilərindən əvvəl təşkilat heç bir siyasi münaqişəyə daxil olmayacaq".

Bunu FED-in rəhbəri Cerom Pauel ABŞ Konqresinin Birgə İqtisadi Komitəsinin iclasında deyib.

ABŞ-da iqtisadi artımın, məşğulluq bazarının və infilyasiyanın sabit olduğu qeyd edən C.Pauel  ABŞ prezidentinin tələb etdiyi mənfi faiz dərəcələrinin hazırda ölkə iqtisadiyyatı üçün uyğun olmadığını vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ötən gün Prezident Donald Tramp Nyu-York İqtisadi Klubundakı çıxışında FED-in faizləri artırıb-azaltmasının ABŞ iqtisadiyyatının rəqabətqabiliyyətliliyini azaltdığını bildirib.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et