FED-in yeni rəhbəri 47 yaşlı Kevin Uorş olacağı gözlənilir | Banco.az

FED-in yeni rəhbəri 47 yaşlı Kevin Uorş olacağı gözlənilir

BŞ Prezidenti Donald Tramp və maliyyə naziri Stiven Mnuçin Federal Ehtiyat Sisteminin (FED) Direktorlar Şurasının sabiq üzvü Kevin Uorşla (Kevin Warsh) görüşüb. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, K.Uorşa FED rəhbərliyi vəzifəsinin təklif olunacağı ehtimal edilir.

Qeyd edək ki, K.Uorş FED tarixində Direktorlar Şurasında olan ən gənc mütəxəssisdir. O, keçmiş bankirdir - "Morgan Stanley" bankında investisiyalar sahəsində çalışıb. Onun sərt monetar siyasət tərəfdarı olduğu, yəni uçot dərəcəsini artırmaq tərəfdarı olduğu bildirilir. Həmçinin, Uorş FED-in bu qədər irihəcmli monetar stimullaşdırma qərarına qarşı çıxan yeganə FED üzvü kimi tanınır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Tramp, Mnuçin və Uorş görüşündən sonra ABŞ istiqrazlarının gəlirliliyi artmağa, dollar isə möhkəmlənməyə başlayıb. İnvestorlar K.Uorşun FED rəhbəri vəzifəsində Canet Yellenlə müqayisədə daha sərt olacağını bildirirlər.