FED-in yeni qərarı dolların məzənnəsinə necə təsir edəcək? | Banco.az

FED-in yeni qərarı dolların məzənnəsinə necə təsir edəcək?

Müəllif - Şəbnəm Mehdizadə, Banco.az

Bu gün ABŞ Federal Ehtiyat Sisteminin (FED)-in faiz qərarı açıqlanacaq. Qərar ərəfəsində dollar dünya valyutaları qarşısında ucuzlaşıb. Hazırda dünya birjalarının bütün diqqəti məhz bu qərara köklənib. Maraqlıdır, FED-in yeni qərarı dolların məzənnəsinə necə təsir edəcək? Manat bu qərardan sonra ucuzlaşa bilərmi?

Mövzu ilə bağlı Banco.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bazar içtirakçıları və teyderler hazırda yüksək faiz artımı ehtimalına fokuslanıb:

“FED-in toplantısında gözləntilərdən kənar qərar qəbul edilərsə bazara ciddi təsir edəcək. Uçot dərəcəsinin artırılacağı əvvəlcədən bəllidir. Lakin məsələ burasındadır ki, uçot drəcəsi 0,75 faiz artırılarsa gözləntilər özünü doğruladacaq və indiki məzənnəyə ciddi dəyişikliklər olmayacaq. Lakin uçot dərəcəsi 0.50 faiz artırılarsa dollar ucuzlaşa bilər. Çünki bazar içtirakçıları və teyderler hazırda yüksək faiz artımı ehtimalına köklənib”.

Ekspert manatla bağlı ciddi risklərin olduğunu düşünmür:

“Çünki manatın məzənnəsi inzibati qaydada tənzimlənir. FED ilin əvvəlindən uçot dərəcəsini bir neçə dəfə artırıb. Lakin bu qərarlar manatın məzənnəsinə heç bir təsir göstərməyib. Manatın məzənnəsinə təsir edən əsas faktor neft qiymətləridir. Lakin neftin qiymətləri hazırda kifayət qədər yüksəkdir. Bu da manat üçün hansısa təhlükənin olmadığı deməkdir”

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et