FED-in uçot dərəcələrini artırması ehtimalı 52%-ə yüksəlib | Banco.az

FED-in uçot dərəcələrini artırması ehtimalı 52%-ə yüksəlib

ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcələrini mart ayının 14-15-də keçirəcəyi növbəti iclasında artırması ehtimalı 52%-ə yüksəlib.

Xarici mətbuata istinadən xəbər verilir ki, bu barədə dünya uçot dərəcələri proqnozları adlı maliyyə hesabatında (World Interest Rate Probability) bildirilir. 

Qeyd edək ki, bu sənəd uçot dərəcələrinin fyuçers müqavilələrinin dinamikası əsasənda hazırlanır. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, keçən həftə FED-in uçot dərəcələrini artırması ilə bağlı ehtimal 40%, bundan əvvəlki həftə isə 34% təşkil edib. Adətən bu göstəricinin 50%-dən aşağı olması FED-in uçot dərəcələrini artırmağa meylli olmamasını göstərir. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et