FED-in mümkün faiz artımı manata necə təsir edəcək? | Banco.az

FED-in mümkün faiz artımı manata necə təsir edəcək?

ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini mümkün artırmasının inkişaf etməkdə olan ölkələrin valyutalarına, o cümlədən Azərbaycan manatına mənfi təsiri az olacaq. 

İnkişaf etməkdə olan ölkələrdən kapital axını bu ölkələrdə dollara ödənilən yüksək faiz səbəbindən minimal səviyyədə olacaq.

Nəticədə inkişaf etməkdə olan ölkələrin yerli valyutalarına təzyiqlər aşağı səviyyədə qalmaqda davam edəcək. 

Buna baxmayaraq, Azərbaycanda bankların dollar depozitləri üzrə ödəndiyi faizlərin bir qədər sonra artırılması məsələsi gündəmə gələ bilər. Buna səbəb FED-in uçot dərəcəsinin yaxın illərdə Azərbaycanda dollara ödənən faiz həddinə yaxınlaşması olacaq. Bu zaman yerli və xarici investorlar ABŞ istiqrazlarına investisiya etməyə üstünlük verə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Agentliyin analitikləri son günlər ABŞ dollarının qlobal valyuta bazarında möhkəmlənməsinə baxmayaraq, inkişaf etməkdə olan ölkələrdə onun ucuzlaşmasını müşahidə edir:

“Bu, getdikcə ABŞ dolları ilə inkişaf etməkdə olan ölkələrin valyutaları arasında tərs korrelasiyanın əmələ gəldiyini göstərir. Belə ki, dollar avroya nisbətən 3%-ə yaxın gücləndiyi halda, türk lirəsinə qarşı 8%, rubla qarşı 7,5%, manata qarşı 10%-ə yaxın zəifləyib. İnvestorlar bu kateqoriyadan olan ölkələrin valyutalarına investisiya yatıraraq yüksək faizlərdən böyük mənfəət əldə edirlər”.

Analitik qrup bildirir ki, manat üçün ən önəmli amil neftin qiymətidir ki, onun da 2017-ci ildə orta qiymətinin 55 dollar/barel olacağı ehtimal edilir.

©Report

Ən sərfəli krediti almaq üçün müraciət et