"Fed-in faizləri 3 və ya 4 dəfə də artırması lazımdır" - Robert Kaplan | Banco.az

"Fed-in faizləri 3 və ya 4 dəfə də artırması lazımdır" - Robert Kaplan

ABŞ Mərkəzi Bankının (Fed) Dallas şöbəsinin sədri Robert Kaplan, ABŞ iqtisadiyyatının tam məşğulluğa nail olduğunu və inflyasiyanın hədəfə çatdığını bildirib.O, Fed-in faiz artırmağa ən az 9-12 ay davam etməsi lazım olduğunu qeyd edib.

Kaplan, faizlər "neytral" səviyyəyə çatan zaman bankın faiz artırmağı dayandırması lazım olduğunu əlavə edib.

Kaplan ABŞ iqtisadiyyatının bu il 3 faiz artacağını, gələn il isə inkişafın bir qədər ləngiyəcəyini dilə gətirib.

Kaplan, "2.5 faiz - 2.75 faiz olan neytral zonaya doğru mərhələli olaraq irəliləməyimiz lazımdır. Yəni, 3 və ya 4 dəfə faiz artımaqla neytral səviyyəyə çata bilərik" ifadəsini işlədib.

Marja.az