Müəllif: Tamara Mustafayeva, Banco.az
İlin son iclasında ABŞ Federal Ehtiyat Sistemi (FED) gözlənildiyi kimi uçot dərəcəsini azaldıb.
Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) ilin son iclasında üçüncü dəfə faiz dərəcələrini azaltma addımı atıb.
Mərkəzi Bank uçot dərəcəsini 25 baza bəndi azaldaraq 4,25-4,50 faiz aralığına endirib.
Klivlend Fed-in sədri Hammak faiz endiriminin əleyhinə səs verib.
Texniki bir addım olaraq, FED əks repo dərəcəsini də azaldıb.
Fed rəsmiləri qərar mətninin tonunu dəyişərək, uçot dərəcəsinə “əlavə düzəlişlərin əhatə dairəsini və vaxtını qiymətləndirərkən” müxtəlif amilləri nəzərə alacaqlarını bildiriblər.
Bizi sosial şəbəkələrdən izləyin!!