FED həftəsi hansı inkişaf etməkdə olan ölkə valyutası daha çox dəyər itirib? | Banco.az

FED həftəsi hansı inkişaf etməkdə olan ölkə valyutası daha çox dəyər itirib?

Tamara Mustafayeva, Banco.az

Xəbər verdiyimiz kimi, ABŞ Federal Ehtiyat Sistemi (FED) siyasət faizini 75 baza bəndi artıraraq 3-3,25 faiz aralığına çatdırmışdı. FED-in faiz qərarının verildiyi həftə ərzində bir çox inkişaf etməkdə olan ölkə valyutaları dollara qarşı dəyər itirdi. 

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, həmin müddət ərzində ən çox dəyər itirən valyuta 3,23 faizlə Polşa zlotisi olub. Onu 2,84 faizlik göstərici ilə Çexiya korunası izləyir. Növbəti sırada 2,83%-lə Rumıniya leyi var. 

Macarıstan forinti 2,71%, Çili pesosu 2,22%, Bolqarıstan levası 2,17%, Çin yuanı 1,69%, Filippin pesosu 1,68%, Hindistan rupisi 1,48%, Cənubi Koreya vonu 1,48%, Tayvan dolları 1,18%, Argentina pesosu 1,14%, Malayziya rinqiti 0,90%, Tailand batı 0,83%, Türkiyə lirəsi isə 0,77% dəyər itirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et