FED faizləri niyə dəyişmədi? | Banco.az

FED faizləri niyə dəyişmədi?

ABŞ Mərkəz Bankının pul siyasətini müəyyən edən Federal Açıq Bazar Komitəsinin (FOMC) iyul toplantısı başa çatdı. FOMC inflyasiya hədəfinə doğru irəliləməni qiymətləndirərək, 4.5 trilyon dollara yüksələn balans hesabatı böyüklüyünü “nisbi olaraq yaxın zamanda” kiçiltməyə qərar verdi. 

Bloomberg-ə istinadən xəbər verilir ki, 9 FOMC üzvü faiz nisbətini 1.00-1.25 faiz aralığında saxlamağın tərəfdarı oldu. 

Toplantıdan sonra verilən şərhdə qeyd edilib ki, “iqtisadiyyatda qısa vədəli risklər az qala balanslaşdırılmış vəziyyətdədir. İstehlak xərcləri və müəssisələrin sabit sərmayələri genişlənməkdə davam edir”.

Qeyd edək ki, artıq FES-in 2017-ci ildə üçüncü dəfə faiz artımına gedəcəyi ilə bağlı tərəddüdlər yaranıb. Treyderlər FES-in faizləri 1.25% - 1.5% aralığında qaldıracağına dair inamını itirir. İlin sonuna qədər faiz artımına gedilməsi ehtimalı 60 faizdən 45 faiz səviyyəsinə geriləyib.

Mənbə: Oxu.az