“FED faizləri daha çox artırmalı olacaq” | Banco.az

“FED faizləri daha çox artırmalı olacaq”

Müəllif - Aida İsaq, Banco.az

FED inflyasiyanı 2 faizlik hədəfə qaytarılmasına çalışması fonunda faizləri yenidən artırmalı olacaq.

Banco.az xəbər verir ki, bunu Klivlend FED-in rəhbəri Loretta Mester bildirib. Onun sözlərinə görə, bu artımdan sonra bir müddət faiz həddi həmin səviyyədə saxlanılacaq. L.Mester həmçinin 2-3 may tarixlərində keçiriləcək FOMC toplantısında FED üzvlərinin faiz dərəcələrinə dair nə qərar verəcəyi ilə bağlı hər hansısa məlumat söyləməyin hazırda tez olduğunu vurğulayıb.

FED rəsmisi 2023-cü ildə inflyasiyanın yavaşlaması istiqamətində müsbət nəticələr gözlədiyini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et