"Fed faizləri çox sürətlə artırır" - Tramp | Banco.az

"Fed faizləri çox sürətlə artırır" - Tramp

ABŞ Prezidenti Donald Tramp, "Bloomberg News"un Fed sədri Cerom Pauelin (Jerome Powell) vəzifədən azad edəcəyi barədə xəbərinin ardından bazarları sakitləşdirmək məqsədilə, xəzinə naziri Stiven Mnuçinə, Fed-ə və ABŞ iqtisadiyyatına dair inamını dilə gətirib.

Tramp, Oval ofisdə jurnalistlərin suallarını cavablandırıb. Tramp, Fed sədri Cerom Pauel ilə bağlı soruşulan bir suala "Fed faizləri çox sürətlə artırır" cavabını verib. Ancaq Tramp, Fed-in yaxında vəziyyəti başa düşəcəyinə inandığını sözlərinə əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Mnuçinə güvənib-güvənmədiyinə dair bir suala isə Tramp "Bəli ona güvənirəm, çox istedadlı biridir" deyib.

Trump, jurnalistlərə verdiyi cavabda, Fed-in faizləri iqtisadiyyatın yaxşı getməsinə görə artıdığını bildirib.

Bu açıqlamalar, ötən həftə Fed sədrinin vəzifədən azad ediləcəyi barədə Bloomberg-də çıxan xəbərdən bu yana, Trampın ictimaiyyət qarşısında Mnuçin və Pauellə qarşı ilk etimad mesajları olub.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et