FED faiz qərarını açıqladı | Banco.az

FED faiz qərarını açıqladı

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fed Federal Açıq Bazar Komitəsinin (FOMC) iki günlük iclasından sonra faiz qərarını açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini proqnozlara uyğun olaraq 75 bazar bəndi artırıb.

Bu da, mərkəzi bankin eyni səviyyədə ardıcıl dördüncü faiz artımı olub. Sonuncu faiz artımı ilə birlikdə isə uçot dərəcəsi 2007-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb.

Qeyd edək ki, bank rəsmiləri bundan sonrakı iclaslarda daha yüngül faiz artımı qərarı veriləcəyinə işarə etsələr də, sədr Cerom Pauell faiz artımını dayandırmağı düşünmək üçün hələ tez olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et