FED faiz qərarını AÇIQLADI | Banco.az

FED faiz qərarını AÇIQLADI

Tamara Mustafayeva, Banco.az

FED dünən axşam saatlarında faiz qərarını açıqlayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Amerika Mərkəzi Bankı (FED) proqnozlara paralel olaraq uçot dərəcəsi faizini dəyişməyərək 0-0,25% aralığında stabil saxlayıb.

Bununla yanaşı, mərkəzi bank aktivlərin satınalınması proqramına noyabr ayından etibarən 15 milyard dollar defisitlə davam edəcək.

Qeyd edək ki, FED-in faiz qərarından sonra qlobal birjalarda mühüm dəyişiklik müşahidə edilməyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et