Fed faiz qərarını açıqladı | Banco.az

Fed faiz qərarını açıqladı

ABŞ Mərkəzi Bankının (Fed) 2020-ci ildəki ilk iclası başa çatıb.

Gözlənildiyi kimi, Fed faizləri dəyişdirməyərək 1.50% - 1.75% aralığında saxladı.

Bankın dekabr ayı təxminləri 2020-ci ildə faizlərdə dəyişiklik olmayacağına işarə edirdi.

Fed, ehtiyat profisitinə ödənən faiz olan IOER-i isə 5 bənd artıraraq 1.60% səviyyəsinə qaldırıb.

Yığıncağın qərar mətnində, "Pul siyasəti duruşunun uyğun olduğunu hesab edirik, repo əməliyyatları ən azı aprel ayının sonunadək davam edəcək" vurğulanıb.

Qərarda, əmək bazarının güclü, iqtisadiyyatın "mülayim sürətdə" artdığı qeyd edilib. İstehlakın mülayim olduğu, sərmayələrin və ixracın zəif olduğu, əhalinin xərcləmələrinin mülayim artdığı qeyd edilib. 

Ən sərfəli kredit üçün müraciət et

Fed, inflyasiyanın 2%-dən aşağı qalmaqda davam etdiyini qeyd edib.

Saat 23:30-da isə Fed sədri Cerom Pauelin mətbuat konfransı başlayacaq.

Fed 2019-cu ildə 3 dəfə faiz endirmiş və sonra “gözlə gör” mövqeyi tutduğunu açıqlamışdı.

Qərardan sonra Dollar bahalaşıb, Avro ucuzlaşıb. Avro/Dollar məzənnəsi 1.10 səviyyəsində də aşağı düşərək 1.0999 dollara geriləyib (Bakı vaxtı ilə saat 23:05-ə olan məlumat). 

"Fed ağıllı olsun, faizi aşağı salsın"

Bu gün ABŞ Prezidenti Donald Tramp "Twitter" mesajında, "Fed ağıllı olsun və ABŞ-ı digər ölkələrlə rəqabət apara biləcək hala gətirmək üçün faizləri aşağı salsın" bildirmişdi.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et